Əsgər Abdullayev hakimdən narazı qaldı

Əsgər Abdullayev hakimdən narazı qaldı

Əsgər Abdullayev "Xəzər Lənkəran"la oyunla (0:1) bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, "Araz Naxçıvan"ın baş məşqçisi hakimdən narazılıq edib: 

"Hamını Novruz bayramı münasibətilə təbrik edirəm. “Xəzər Lənkəran”ın rəhbərliyinə təşəkkür edirəm, bizi yaxşı qarşıladılar. Biz 8 ayın komandasıyıq, yaxşı mübarizə apardıq, qələbə istəyimiz var idi, təəssüf ki, alınmadı. Hakimliklə bağlı ötən oyunda da danışmışdım. Bir daha bu mövzuya qayıtmaq istəmirəm. Aidiyyatı qurumlar bu məsələlərə baxır, qiymət verir. Amma mənə elə gəldi ki, referi bir neçə epizodda səhv qərar verdi. Bunlara da meydanda etirazımı bildirdim".

Qeyd edək ki, evdə "Xəzər Lənkəran"la heç-heçə (1:1) oynayan "Araz Naxçıvan" səfərdə 0:1 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər