Ermənilər torpaqlarımızda məşqçi yetişdirir

Ermənilər torpaqlarımızda məşqçi yetişdirir
Martın 24-də Xankəndidə Ermənistan Futbol Federasiyasının (EFF) “B” kateqoriyalı məşqçi lisenziyası üzrə ikinci qrupunu kursları başlayıb. Fanat.az xəbər verir ki, kurslarda “Dağlıq Qarabağ Respublikası”ndan 8 məşqçi iştirak edir.
Kursa EFF-in təlimatçısı Suren Çaxalyan rəhbərlik edir. Ona Mamikon Qəribcanyan, Albert Səfəryan və EFF-in qapıçılar üzrə təlimatçısı-məşqçi Ayk Kirakosyan köməklik edirlər.
Bu, məşqçi lisenziyası üzrə EFF tərəfindən keçirilən ilk kursdu ki, İrəvan hüdudlarından kənarda təşkil edilib. Kurslar aprelin 27-də imtahanlarla başa çatacaq. Kursu müvəffəqiyyətlə başa vuran iştirakçılar “B” kateqoriyalı məşqçi lisenziyası və EFF-in diplomlarını alacaqlar.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər