Erməni məşqçi millimizin sabiq üzvündən imtina etdi

Erməni məşqçi millimizin sabiq üzvündən imtina etdi
Millimizin sabiq futbolçusu Murad Hüseynov Rusiyanın "Luç-Enerji" klubunda baxışdan keçib. Fanat.az xəbər verir ki, milliləşən futbolçumuz bəyənilsə də, burda oynamasında prolblem yaranıb.
Buna səbəb isə onun Azərbaycan vətəndaşlığı daşımasıdı. Hər halda komandanın erməni baş məşqçisi Aleksandr Qriqoryan Hüseynovu komandada saxlamamaq üçün bəhanə tapıb. Yığmamızın sabiq üzvünü bəyəndiyini deyən mütəxəssis onun legioner olmasının transferinə əngəl yaratdığını bildirib: "Bu futbolçu xoşuma gəldi. Xarici olmasaydı, gözüyumulu komandaya götürərdim. Lakin indiki vəziyyətdə onun keçidi alınmayacaq".
Qeyd edək ki, Murad ölkəmizdə "Qəbələ" və "Sumqayıt"ın formasını geyinib.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər