Rusiyalı fiqurçu Yuliya Lipnitskaya komanda yarışlarının finalında qalib gələrək, fərdi idman növlərində ən gənc olimpiya çempionu adına sahib çıxıb. Fanat.az xəbər verir ki, qələbə qazandığı gündə, yəni fevralın 9-da Yuliya 15 yaş 249 günlük olub.
Bu isə amerikalı fiqurçu Tara Lipinskinin rekordunun qırılması deməkdi. 1998-ci il Naqano olimpiadasında qalib gələrkən, Tara 15 yaş 255 günlüyündə idi.
Fanat.az