Emin Mahmudov millimizdə oynamayacağını dedi

Emin Mahmudov millimizdə oynamayacağını dedi

Rusiyanın “Krılya Sovetov” klubunun futbolçusu Emin Mahmudov Azərbaycan millisində çıxış edəcəyi barədə xəbərləri təkzib edib. Fanat.az xəbər verir ki, bu barədə 22 yaşlı yarımmüdafiəçi klubun rəsmi televiziyasına müsahibəsində bildirib.

 

Mahmudov hazırda əsas diqqətini Samara komandasında möhkəmlənməyə yönəltdiyini vurğulayıb.

 

Qeyd edək ki, “Krılya Sovetov” Emin Mahmudovun transfer hüququnu yanvarın 31-də Moskva “Spartak”ından alıb. Onun Azərbaycan millisinə cəlb olunmasının mümkünlüyü barədə açıqlamanı AFFA-nın baş katibi Elxan Məmmədov jurnalistlərə açıqlamasında deyib.

Lent.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər