Emin Mahmudov millimizdə oynamaq istəyir

Emin Mahmudov millimizdə oynamaq istəyir
Emin Mahmudov Azərbaycan yığmasında oynamaq istəyir. Fanat.az xəbər verir ki, bu barədə AFFA-nın baş katibi Elxan Məmmədov məlumat verib.
Baş katib bildirib ki, hazırda Rusiyanın "Krılya Sovetov" klubunda top qovan futbolçu yekun qərarını verməlidi: "Seleksiyaçılarımız Emin Mahmudovla daim əlaqə saxlayır. Sonuncu dəfə 3 həftə öncə onunla danışıblar. Emin deyir ki, Azərbaycan millisində oynamaq istəyir. Amma birdəfəlik yekun bir qərar verməlidi: ya Azərbaycan yığmasını, ya da Rusiyanı seçməlidi. Biz də istəyirik ki, Mahmudov Azərbaycan millisində oynasın".
Fanat.az 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər