AFFA-nın baş katibi Elxan Məmmədov millinin son oyunlarının televiziya vasitəsi ilə yayımlanmamasının səbəblərini açıqlayıb. Fanat.az xəbər verir ki, baş katib telekanallardan narazılıq edib.
Məmmədov bildirib ki, telekanalların pul istədiyini deyib: "Hesabat ili ərzində biz Azərbaycan yığmasının oyunlarının yayımlanması hüququnun satışı əsasında 3 milyon manat qazanmışıq. Ancaq bu məbləği xarici şirkətlər ödəyib. Bizim telekanallar isə bunun üçün bizdən pul istəyir. Əslində bundan biz qazanmalı və gəliri klublar arasında bölməliyik. Heç kim ödəniş etmək istəmir. Biz yayım hüququnu bir şirkətdən alıb, kanallardan birinə pulsuz verə bilmərik".
Fanat.az