"Təbii ki, Bolqarıstanla oyun bizi qane etmədi. Bu oyunda qələbə qazanmaq lazım idi". Fanat.az xəbər verir ki, bu sözləri AFFA-nın baş katibi Elxan Məmmədov deyib.
Baş katib yığmanın qarşısına hədəf qoyulduğunu bildirib: "Biz millimizin qarşısında bu məqsədi qoymuşuq. Məntiqlə yanaşsaq, ötən seçmə tsikldə yığmamız 4-cü olmuşdu. İndi niyə də 3-cü olmasın? İldən-ilə, mövsümdən-mövsümə inkişaf olmalıdı. Düzdü, hazırkı qrupumuz ağırdı. Amma hədəf, məqsəd olmalıdı. Fikrimcə, rəqibin kimliyindən asılı olmayaraq, meydana qələbə, minimum uduzmamaq üçün çıxmaq lazımdı".
Fanat.az