Xəbər verdiyimiz kimi “Neftçi”nin Azərbaycan milli komandasının futbolçusu Elnur Allahverdiyevlə 2 illik müqavilə bağlaması, "ağ-qaralar"ın azarkeşlərinin etirazına səbəb olub.
Müdafiəçi klubun rəsmi saytına açıqlamasında bildirib ki, “Neftçi” mənim üçün doğma klubdur və bura qayıtdığıma görə çox şadam: "Azərbaycan futbolunun ən köklü və titullu klubunda oynamaq həm məsuliyyət, həm də böyük şərəfdir. “Neftçi” hər zaman ən yüksək mükafatlar uğrunda mübarizə aparıb. Təkcə onu deyim ki, komanda son 4 mövsümdə 3 dəfə ardıcıl çempion olub və 2 dəfə kuboku qazanıb. Çalışacağam ki, mənə göstərilən etimadı öz oyunumla doğruldum. “Neftçi”nin uğurları üçün əlimdən gələni edəcəyəm və inanıram ki, komanda yoldaşlarımla birgə vəzifəmizin öhdəsindən layiqincə gələcəyik”.
Bu məlumat "Neftçi" klubunun rəsmi saytında yer aldıqdan sonra, azarkeşlər "Rədd ol", "Neçə üzün var sənin" və başqa yaza bilməyəcəyimiz sözlərlə oyunçunun kluba keçməsinə etiraz ediblər.
Fanat.az