Elnar Kərimov: 2 oyun, 1 qələbə

Elnar Kərimov: 2 oyun, 1 qələbə
Məhəmməd Haqverdiyevlə Elnar Kərimovun transfer olunduğu "Serhat Ardahanspor" Türkiyə Kubokunda iki oyun keçirib. Fanat.az xəbər verir ki, Regional Həvəskar Liqası (BAL) klubu "İğdır Arasspor" və "Sebat Proje Trabzon Akçaabat"la qarşılaşıb.
"Serhat Ardahanspor" "İğdır Arasspor"la oyunu səfərdə keçirib. Matçın əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Futbolçularımızın klubu penalti seriyasında qələbə qazanıb - 3:2.
"Sebat Proje Trabzon Akçaabat"la səfərdə qarşılaşan "Serhat Ardahanspor" 1:2 hesabı ilə yenilərək kubokda mübarizəni dayandırıb. Hər iki oyunda start heyətində yer alan qapıçı Elnar Kərimov start heyətində yer alaraq 90 dəqiqə oynayıb. Məhəmməd Haqverdiyev isə "18-liy"ə düşməyib. 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər