Elçin Əliyev saqqallını qırxmadan milliyə qayıtdı

Elçin Əliyev saqqallını qırxmadan milliyə qayıtdı
Uzun saqqal saxladığına görə millidən uzaqlaşdırlan Avropa çempionu Elçin Əliyev yenidən yığmaya qayıdıb. Fanat.az xəbər verir ki, bu barədə “Azadlıq Radio"suna Elçin Əliyevin özü məlumat verib.
 
O, iki gündü yenidən milli komandada olduğunu söyləyib. Elçin Əliyev “bəzi səbəblərə görə” komandadan uzaqlaşdığını, Güləş Federasiyası ilə heç bir problem yaşamadığını da sözlərinə əlavə edib. Artıq yenidən yığma komandada olan Elçin Əliyev saqqalına toxunmadığını söyləyib: "Saqqala toxuna bilmərəm. Allah-təalanın əmridi. Saqqal hər yerdə problemdi, təkcə yığma komandada deyil. Kimisə mənə oxşadırlarsa, mənim problemim deyil. O, mənlik deyil, yaxud mən onlardan deyiləm. Ancaq federasiyada elə bir təzyiq olmayıb mənə. Saqqalla bağlı nəsə deyilib, deyilməlidi də. İndi qayıtmışam. Gələcəkdə Allah bilir nə olacaq".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər