Eden Hazard üçün 80 milyon avro

Eden Hazard üçün 80 milyon avro
PSJ mövsümün sonunda Eden Hazardı heyətinə qatacaq. Fanat.az xəbər verir ki, bu iddia ilə Fransanın "France Football" dərgisi çıxış edib. Həmkarlarımızın iddiasına görə, PSJ bu transfer üçün "Çelsi"yə 80 milyon avro ödəyəcək. 
Qeyd edək ki, Hazardın PSJ-yə keçəcəyi ilə bağlı bir müddət əvvəl də xəbərlər yayılmışdı. Lakin futbolçu özü bu informasiyanı təkzib etmişdi: "Hər transfer mövsümündə belə xəbərlər yayılır. Həmişə məni harasa göndərirlər. PSJ böyük klubdu və çoxlu pulu var. Amma mən indi "Çelsi"nin futbolçusuyam və ayrılmaq şansım yoxdu. Heç özüm də getmək istəmirəm. Çünki "Çelsi" özümü inkişaf etdirmək üçün ən yaxşı yerdi".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər