Dünyanın ən vəhşi idmanı - FOTOLAR

Dünyanın ən vəhşi idmanı - FOTOLAR
Çoxlarınız böyük ehtimalla "Calcio Storico" adlı idman növü barədə heç vaxt eşitməmisiniz. İtalyan dilində "Tarixi futbol" anlamı verən bu növ dünyanın ən vəhşi idman növü hesab olunur.
"Calcio Storico" kikboksu, UFC-ni, futbolu və reqbini özündə birləşdirib. XVI əsrdə yarandığı deyilən idman növünün qaydaları olduqca ilgincdi. Hər komandanın heyətində 27 nəfər yer alır və meydanda oynanılır. Məqsəd isə əllər və ayaqlardan istifadə edərək ən çox qol vurmaqdı. İdmançılar boks, güləş və digər döyüş sənətlərinin fəndlərindən istifadə edərək mübarizə aparır. Qarşınıza çıxan rəqibi istənilən fəndlə keçmək hüququ olur. Və ən maraqlısı odu ki, heç bir qoruyucu vasitədən istifadə olunmur.
Hər il Florensiyadakı "Piazza Santa Croce"də "Calcio Storico" turniri keçirilir. 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər