Kot-D`İvuar yığması ilə bağlı şok xəbər yayılıb. Fanat.az xəbər verir ki, yığma üzvlərinin otel otağına əxlaqsız qadınları gətirdiyi iddia olunub.
Bu iddia ilə Kot-D`İvuarın "Sports Abidjan" dərgisi çıxış edib. Xəbərdə bildirilir ki, martçın 5-də Brüsseldə keçirilən Belçika ilə yoldaşlıq matçından əvvəlki gecə futbolçular otel otağına fahişələri çağırıblar. Dərgi manşetdən yayımladığı xəbərə Didye Droqbanın şəkilini yerləşdirərək, bu hərəkəti edənlərdən birinin də "Qalatasaray"lı futbolçu olduğunu göstərib.
Fanat.az