Diasla bağlı problem yaranıb – son dəqiqə

Diasla bağlı problem yaranıb – son dəqiqə

“Qarabağ”ın Portuqaliyanın “Maritimo” klubundan Danilo Diası heyətinə qatmağa hazırlaşdığını və futbolçunun bu gecə Antalyaya – ağdamlıların düşərgəsinə gələcəyini yazmışdıq. Fanat.az xəbər verir ki, Diasla bağlı müəyyən problemlər yarandığından forvard hələ vətənindədi.

Belə ki, oyunçuyla danışıqlar müsbət yekunlaşsa da, klubuyla ortaq məxrəcə gəlmək vacibdi. Bu üzdən “Maritimo” rəhbərliyi Diası “Qarabağ”a buraxmır. Danışıqlar davam etdiriləcək.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər