"Trabzonspor"dan hər hansı bir təklif almamışam". Fanat.az xəbər verir ki, bu sözləri "Xəzər Lənkəran"ın baş məşqçisi Mustafa Dənizli deyib.
Türkiyə mətbuatı Trabzon klubunun prezidenti İbrahim Hacıosmanoğlunun Mustafa Reşit Akçayın istefasından sonra Dənizli ilə danışıqlara başladığını yazıb. "Xəzər Lənkəran"ın baş məşqçisi isə bu informasiyalardan xəbərdar olduğunu, amma həqiqəti əks etdirmədiyini bildirib: "Bir gün mütləq Türkiyəyə dönəcəm. Amma mövsümün sonunadək bir problem olmasa, burda qalmaq istəyirəm".
Fanat.az