"Xəzər Lənkəran"ın baş məşqçisi Mustafa Dənizli Eliasın oyunu ilə bağlı fikir bildirməkdən imtina edib. Fanat.az xəbər verir ki, türk mütəxəssis Azərbaycana gəlmiş ən bahalı legioner olduğu iddia edilən braziliyalı barədə danışmaq üçün tez olduğunu deyib.
"Bunu bir oyuna görə dəyərləndirmək olmaz. Biz hər futbolçumuzdan istifadə edirik. Qarşıda daha yaxşı olacaq" deyə Dənizli bildirib.
Qeyd edək ki, Elias "Neftçi" ilə oyunun fasiləsində Sadio Tounkaranın yerinə meydana çıxıb.
Fanat.az