Davud Kəriminin yeni iş yeri müəyyənləşib. Fanat.az xəbər verir ki, 30 yaşlı qolkiper karyerasını "Kəpəz"də davam etdirəcək.
Gəncə klubu artıq onunla müqavilə bağlayıb. Davudun adı sifariş ərizəsinə də salınıb.
Qeyd edək ki, Kərimi ötən mövsüm Türkiyənin "Fəthiyəspor" klubunda çıxış edib. O, əvvəllər MOİK, "Muğan" və "Rəvan"da çıxış edib.
Fanat.az