"Mançester Yunayted"in baş məşqçisi David Moyes klubun azarkeşlərinə məktub yazıb. Fanat.az xəbər verir ki, məktub İngiltərə mətbuatında yayımlanıb.
Şotland mütəxəssis çətin dönəmdən keçdiklərini bildirib: "Aleks Ferqyusondan sonra bu vəzifəni qəbul etməyin mənim üçün meydan oxuma olduğunu yaxşı bilirdim. Amma keçirdiyimiz bu çətin günlər işə başlamazdan əvvəl təxmin edə biləcəyim durum deyildi".
Moyes azarkeşlərin "Mançester Yunayted"ə dəstəyini "möhtəşəm" adlandırıb: "Old Trafford"dakı dəstəklə bərabər, səfər oyunlarında da bizləri yalnız buraxmayan azarkeşlərimiz ölkənin ən yaxşısıdı. Uğurlu bir "Mançester Yunayted" görməyə öyrəşdiyinizi bilirəm. Bu çətin dövrdə mənə və futbolçularımıza verdiyiniz dəstək önəmlidi".
50 yaşlı mütəxəssis azarkeşlərə daha yaxşı "Mançester Yunayted" vəd edib: "Komandanızı uğur qazandığı vaxt dəstəkləmək işin ən asan hissəsidi. Çətin olan işlər pis gedən zaman sizin etdiyiniz kimi, komandaya vəfa göstərməkdi. Yaşadığımız təcrübələr gələcəkdə bizi daha yaxşı və güclü bir komanda edəcək. Təkrar böyük uğurlar əldə edən bir komanda olacağımıza heç bir şübhəm yoxdu".
Fanat.az