David Moyes kimləri istəyir?

David Moyes kimləri istəyir?
Uğursuz mövsüm keçirən "Mançester Yunayted" yay transfer pəncərəsinə ciddi hazırlaşır. Fanat.az xəbər verir ki, "qırmızı şeytanlar" fasilədə heyətə bir neçə futbolçu qatacaq.
İngiltərə mətbuatı artıq David Moyesin istədiyi oyunçuları müəyyənləşdirib. İddialara görə, baş məşqçi "Portu"dan Eliaquim Manqalanı, "Sautqempton"dan Luke Şavı, "Sportinq"dan Uilyam Karvalyonu, "Bavariya"dan Toni Kroosu, "Borussiya"dan (Dortmund) Marko Reusu, "Yuventus"dan isə Paul Poqba və Arturo Vidalı hədəfə alıb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər