Danilo Dias harda əməliyyat olunacaq?

Danilo Dias harda əməliyyat olunacaq?
"Qarabağ"ın futbolçusu Danilo Diasın zədələnməsi barədə xəbər vermişdik. Braziliyalı futbolçu bu səbəbdən bir ay oynamayacaq.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Məlumatda bildirilir ki, yayda komandaya qoşulan Dias dizində ağrılar hiss edirmiş. Klubun tibbi personalı davamlı müalicələrlə əməliyyatın qarşısını almağa cəhd etsə də, 29 yaşlı futbolçunun dizində "menisk" əməliyyatı qaçınılmaz olub. Danilo yaxın günlərdə Türkiyədə cərrah masasına uzanacaq və təxminən 1 ay yaşıl meydanlardan uzaq qalacaq. 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər