Fransız polisi “Dakar-2014” rallisində iştirak edən yük maşınından 1400 kq kokain müsadirə edib. Fanat.az xəbər verir ki, narkotik maddə Havr limanında ələ keçirilib.
Qaçaqmalçılar narkotik yükü maşınının təkərlərində yerləşdiriblər. Polisin apardığı əməliyyat nəticəsində 3 ispan həbs olunub. Bolqarıstanın şərqi Varna vilayətində də bu olayda şübhəli bilinən 3 bolqar saxlanılıb. Polisin verdiyi məlumata görə, araşdırmalardan sonra həbs olunanların sayı arta bilər.
Fanat.az