Premyer Liqanın XX turunda "Neftçi"nin futbolçusu Mahir Şükürovun, XXVIII gün isə "Xəzər Lənkəran"ın qapıçısı Orxan Sadıqlının azarkeşlərə "orta barmaq" göstərməsi barədə məlumat vermişdik. Daha bir bənzə olay Almaniyada qeydə alınıb.
Fanat.az xəbər verir ki, Bundesliqanın XXVIII turun "Bayer" - "Ayntraxt" (Braunşveyq) matçında meydan sahiblərindən Emir Spahiç əsəblərini cilovlaya bilməyib. Amma o, Mahirlə Orxan kimi azarkeşlərə yox, rəqibinə qarşı qeyri-etik jest edib. Bosniyalı futbolçu orta sahədə yıxdığı Mirko Bolandın hərəkətlərinə əsəbiləşib və orta barmağını göstərib. Onun bu hərəkəti hakimin diqqətindən yayınıb.
Fanat.az