Cihan Özkara: "Avropaya çıxmaq istəyirik"

Cihan Özkara: "Avropaya çıxmaq istəyirik"

"Çox əla komandamız var. Futbolçu və məşqçilərimiz yüksək səviyyədədi. Sadəcə son həftələrdə pis oyun sərgiləyərək qələbə qazana bilmirik". Fanat.az xəbər verir ki, bu sözləri "Sivasspor"un futbolçusu Cihan Özkara deyib.

Türkiyə mətbuatına açıqlama verən millimizin oyunçusu start heyətində meydana çıxdığı "Erciyəsspor" matçında qazanılan 1 xalın çox önəmli oldubunu bildirib: "Ötən həftə qazandığımız bir xal komandanın psixoloji durumunu yüksəltmək üçün önəmli oldu. Son həftələrdə xal qazana bilmirdik, bu bizdə özünəinam hissi yaratdı. İndi gözəl ab-qavanı qoruyaraq önümüzdəki matçları düşünməliyik. Çox vacib oyunlarımız var. Yalnız 3 xal haqqında düşünürük. Məqsədimizə çatmaq üçün yaxşı şansımız var. Azarkeşlərimizə borcluyuq, bunu ödəmək istəyirik. Özümüzü inanırıq, çox yaxşı heyətimiz var. İnşallah, bu turda meydandan 3 xalla ayrılarıq".

Cihan "Erciyəsspor" matçında alışmadığı mövqedə oynamadığını deyib. Belə ki, Roberto Karlos ona müdafiənin sağ cinahında şans verib: "Alışıq olmadığım mövqedə oynadım. Amma burda oynamağı mənə baş məşqçi tapşırdı. Mən də əlimdən gələn hər şeyi etməyə çalışdım".

Forvard bildirib ki, komandamsının hədəfi avrokuboklara vəsiqə qazanmaqdı: "Hədəfimiz dəyişməyib. Avrokuboklara vəsiqə qazanmaq istəyirik. "Qaziantepspor" qarşılaşması bu baxımdan çox önəmlidi. Qələbə qazanıb yenidən dördüncü pilləyə yüksələ bilərik". 

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər