Cihan Özkara oynadı, komandası rəzil oldu

Cihan Özkara oynadı, komandası rəzil oldu
Türkiyə Super Liqasında XXII turun oyunları keçirilir. Fanat.az xəbər verir ki, Cihan Özkaranın çıxış etdiyi "Sivasspor" "Kasımpaşa"nın qonağı olub.
Sivas təmsilçisi gözlənilməz məğlubiyyətlə üzləşib. Belə ki, "Kasımpaşa" rəqibini 6:2 hesabı ilə yenib. Start heyətində yer almayan Cihan Özkara Kadir Bekmezcinin yerinə meydana çıxıb.
Qeyd edək ki, "Sivasspor" 22 turdan sonra 36 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər