Cihan Özkara oynadı, komandası 1 xal qazandı

Cihan Özkara oynadı, komandası 1 xal qazandı

Türkiyə Super Liqasında XXI turun oyunlarına yekun vurulub. Fanat.az xəbər verir ki, Cihan Özkarının çıxış etdiyi "Sivasspor" "Eskişəhərspor"un qonağı olub.

Oyun 2:2 hesabı ilə başa çatıb. Sivas təmsilçisinin baş məşqçisi Roberto Karlos Cihanı 93+3-cü dəqiqədə meydana buraxıb. Millimizin üzvü Aydın Karabulutu əvəzləyib.

Qeyd edək ki, "Sivasspor" 21 turdan sonra 36 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər