Cihan 90 dəqiqə oynadı, "Sivasspor" uduzdu

Cihan 90 dəqiqə oynadı, "Sivasspor" uduzdu
Türkiyə Super Liqasında XXIV turun oyunları keçirilir. Fanat.az xəbər verir ki, Cihan Özkaranın çıxış etdiyi "Sivasspor" "Gənclərbirliyi"nin qonağı olub.
Oyun meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Hesabı 19-cu dəqiqədə "Sivasspor" açıb. Daha doğrusu Artem Radkov topu öz qapısına göndərərək qonaqları sevindirib. 59-cu dəqiqədə Boqdan Stanku penaltidən bərabərliyi təmin edib. 82-ci dəqiqədə isə Cimmi Durmaz qələbə qolunu vurub. Cihan Özkara cari mövsümdə ilk dəfə Super Liqa matçına start heyətində çıxıb və 90 dəqiqə oynayıb. "Sivasspor" oyunu 9 nəfərlə bitirib. Belə ki, 43-cü dəqiqədə Kadir Bekmezçi, 59-cu dəqiqədə isə Çiçinyo qırmızı vərəqə alıb.
Qeyd edək ki, "Sivasspor" 24 turdan sonra 35 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər