Türkiyə Kubokunda VI turun oyunları keçirilir. Fanat.az xəbər verir ki, Cihan Özkaranın çıxış etdiyi "Sivasspor" "Eskişəhərspor"un qonağı olub.
Oyun Eskişəhər təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb."Bursaspor"a qarşı kubok oyununda 90 dəqiqə oynayan və komandasının yeganə qoluna imza atan Cihan yenə meydana start heyətində çıxıb. Millimizin üzvü 63 dəqiqə oynayıb və Aydın Karabulut tərəfindən əvəzlənib.
Qeyd edək ki, "Sivasspor" 6 oyunda 3 xal toplayıb və qrup sonuncusu olub.
Fanat.az