Premyer Liqanın XXIII turunun 5 matçında qapılara 8 qol vurulub. Bu hər oyuna orta hesabla 1,6 top deməkdi.
Turun cəmi 3 oyununda hesab açılıb. Ən çox qol AZAL - "Xəzər Lənkəran" matçında vurulub. 4 qolun qeydə alındığı matç 2:2 hesabı ilə bitib. "Sumqayıt" - "Neftçi" (2:0) və "İnter" - "Bakı" (1:1) matçlarında 2 qol vurulub. "Qarabağ" - "Simurq" və "Qəbələ" - "Rəvan" oyununda isə hesab açılmayıb - 0:0.
Ümumilikdə, 23 turun 115 oyununda 278 qol qeydə alınıb (orta hesabla 2,41). Ən çox top XII turunda qapı xəttini keçib - 22 (orta hesabla 4.4). VIII turda isə cəmi 2 futbolçu qol sevinci yaşayıb (orta hesabla 0,4).
| Turlar üzrə qol sayı | ||
| Tur | Qol | Orta hesabla |
| I | 15 | 3 |
| II | 14 | 2.8 |
| III | 14 | 2.8 |
| IV | 11 | 2.2 |
| V | 10 | 2 |
| VI | 16 | 3.2 |
| VII | 11 | 2.2 |
| VIII | 2 | 0.4 |
| IX | 12 | 2.4 |
| X | 14 | 2.8 |
| XI | 7 | 1.4 |
| XII | 22 | 4.4 |
| XIII | 7 | 1.4 |
| XIV | 9 | 1.8 |
| XV | 7 | 1.4 |
| XVI | 13 | 2.6 |
| XVII | 12 | 2.4 |
| XVIII | 17 | 3.4 |
| XIX | 16 | 3.2 |
| XX | 13 | 2.6 |
| XXI | 13 | 2.6 |
| XXII | 15 | 3 |
| XXIII | 8 | 1.6 |
| Cəmi | 278 | 2.41 |
Fanat.az