"Bruno Bertuççi müalicə olunmaq üçün düşərgədən gedib". Fanat.az xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Böyüğa Hacıyev deyib.
"Simurq"la oyundan (2:1) sonra danışan baş məşqçi Məqsəd İsayevdən və yeni məşqçidən danışıb: "Məqsəd İsayev bu gün onun yoxluğunu unutdurdu. O, gəncdi, futbolçu kimi hələ yetişir, gələcəkdə ən yaxşılardan biri olacaq. Komandanın bütün hazırlığını özüm edirəm, buna görə də yoruluram. Bu səbəbdən fiziki hazırlıq üzrə məşqçini komandaya cəlb etmişik. Savadlı mütəxəssisdi, yaxşı işləyir".
Hacıyev Mirkamil Həşimlinin bundan sonra əsas komandada olacağını bildirib: "Mirkamil bundan sonra əsas komandada oynayacaq. Cavid İmamverdiyev klubdan ayrılıb. Artıq insayd mövqeyinde Mirkamilə şans verəcəm".
Fanat.az