Cavid İmamverdiyevin yeni klubu "Elazığspor" hazırlıqlarını davam etdirir. Fanat.az xəbər verir ki, PTT 1-ci liqa təmsilçisi milli oyunlara görə yaranan fasilədə daha bir matç keçirmək qərarına gəlib.
"Elazığspor"un rəqibi "Diyarbəkir BB" olacaq. Bu gün baş tutacaq matç Bakı vaxtı ilə saat 19.00-da başlayacaq və "Elazığ Atatürk" stadionunda keçiriləcək.
Qeyd edək ki, "Elazığspor" bundan əvvəl "Kayserispor"la yoxlama oyunu keçirmiş və 2:3 hesabı ilə uduzmuşdu. Cavid bu matçın iştirakçısı olmuşdu.
Fanat.az