Cavid İmamverdiyev start heyətində

Cavid İmamverdiyev start heyətində
"Elazığspor" milli oyunlara görə çempionatlarda yaranan fasilədən yararlanaraq daha bir yoxlama oyunu keçirib. Fanat.az xəbər verir ki, Cavid İmamverdiyevin forma geyindiyi klub "Diyarbəkir BB"ni sınağa çəkib.
Oyun "Elazığspor"un 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Matçın yeganə qoluna 45+1-ci dəqiqədə Birol Hikmət imza atıb. Cavid İmamverdiyev meydana start heyətində çıxıb.
Qeyd edək ki, Cavid bir neçə gün əvvəl "Kayserispor"a qarşı keçirilən yoxlama oyununda da start heyətində yer almışdı.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər