Cavid İmamverdiyev Qaziantepə getdi

Cavid İmamverdiyev Qaziantepə getdi
Türkiyənin PTT 1-ci liqasında III turun oyunları keçirilib. Fanat.az xəbər verir ki, Cavid İmamverdiyevin çıxış etdiyi "Elazığspor" bu turda "Şanlıurfaspor"un qonağı olacaq.
Oyun sentyabrın 21-də Qaziantepdəki "Kamil Ocak" stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 19.00-da başlayacaq. "Elazığspor" dünən bu məqsədlə Qaziantepə yollanıb. Səfərə çıxan 23 nəfərlik heyətdə Cavid İmamverdiyev də yer alıb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər