Türkiyənin PTT 1-ci liqasında III turun oyunları keçirilir. Fanat.az xəbər verir ki, Cavid İmamverdiyevin çıxış etdiyi "Elazığspor" "Şanlıurfaspor"un qonağı olub.
Oyun 1:1 hesabı ilə başa çatıb. Cavid start heyətində yer alıb. Futbolçumuzu 52-ci dəqiqədə Ömər Yıldız əvəzləyib.
Qeyd edək ki, "Elazığspor" 3 turda 1 xal toplayıb və turnir cədvəlinin son pilləsində qərarlaşıb.
Fanat.az