Cavadov ən yaxşı, Etame ən çox top itirən oldu

Cavadov ən yaxşı, Etame ən çox top itirən oldu
Topaz Premyer Liqasının XXVII turunun ən yaxşıları müəyyənləşib. Fanat.az xəbər verir ki, "InStat Football" şirkətinin Peşəkar Futbol Liqasına təqdim etdiyi statistik məlumatlara əsasən üçüncü dövrənin yekun turunun ən yaxşı oyunçusu "İnter"in kapitanı Vaqif Cavadov olub. 
Topa sahib olmada və dəqiq ötürmə sayında "Qarabağ", hücum, qapıya zərbə, top itirmədə və künc zərbələrində isə "Xəzər Lənkəran" fərqlənib . "Rəvan" futbolçuları 6 dəfə oyundankənar vəziyyətə düşüb. AZAL futbolçuları isə hamıdan çox - 20 dəfə qayda pozuntusuna yol verib.
Rəqib qapısına ən çox zərbə endirən Çumbinyo (Qarabağ), ən çox dəqiq ötürmə verən isə komanda yoldaşı Riçard Almeydadı (Qarabağ). Hava mübarizələrində “Rəvan”dan Tyaqo Mirasema üstün olub. Ən çox top itirən Mbilla Etame (Xəzər Lənkəran), ən çox topa yiyələnən isə Bədavi Hüseynovdu (Qarabağ). 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər