"Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyev "Sumqayıt"la oyunla bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, baş məşqçi yalnız 3 xal istədiklərini deyib:
"Sumqayıt" yaxşı komandadı. Oyuna taktiki cəhətdən yaxşı hazırlaşırlar. Onların son oyundakı məğlubiyyəti bizi aldatmamalıdı. Biz son dövrlər yaxşı oynayırıq, amma xal itiririk. Bu səbəbdən artıq xal itirməməliyik. Meydana yalnız 3 xal üçün çıxacağıq. Bundan başqa nəticə bizi razı salmayacaq".
Fanat.az