"Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyev Polşanın “Slensk” klubu ilə yoxlama oyunundan (1:3) sonra fikirlərini bildirib. Fanat.az xəbər verir ki, baş məşqçi nəticəyə görə narahat olmadığını deyib:
“Təlim-məşq toplanışında son oyunumuz idi. Buna görə əsasən gəncləri sınamaq istəyirdim. Nəticənin önəmli olmadığı bir görüşdə demək olar ki, gənclərin hamısına şans verdim. Nəticə bizi narahat eləmir, buna görə məyus deyilik, çünki bu bir yoxlama oyunu idi. Gəncləri yoxlama oyununda da sınamayıb, nə vaxt sınayacam?! Biz təlim-məşq toplanışının yekunlarından nəticə çıxarıb, səhvlərimiz üzərində işləyəcəyik. Rəqibə gəlincə, “Slensk” yaxşı komandadr. Qoy bizi də məğlub etsinlər, yalnız yoxlama oyunlarında. “Neftçi”ni rəsmi matçlarda fərqli oyun göstərib, qələbə qazanacaq”.
Fanat.az