Böyükağa Hacıyev "Sumqayıt"la oyunla (0:2) bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, "Neftçi"nin baş məşqçisi məsuliyyəti üzərinə götürüb:
"0-2 hesabı ilə məğlub olduq. Günah məndədi, bir sıra səhvlərə yol verdim. Rəqibin “Simurq”la oyununu analiz etmişdim, “Neftçi”yə qarşı komandalar başqa cür köklənir. Qarşıda “Qarabağ”la keçiriəcəyimiz çox çətin oyun var. Müdafiədə buraxdığımız səhvlərdən qapımızda qol gördük. Bu oyunda gənclərə şans verdik".
Fanat.az