Böyükağa Hacıyev: "Georgi Çixradze getməlidi"

Böyükağa Hacıyev: "Georgi Çixradze getməlidi"

"Neftçi"nin sabiq baş məşqçisi Böyükağa Hacıyev yenidən qalmaqallı açıqlamalar verib. Fanat.az xəbər verir ki, "Xəzər TV"də yayımlanan "Futbol saatı" verilişinin qonağı olan Hacıyev "Simurq" haqda danışıb. 

O, Zaqatala klubunun baş məşqçisi Georgi Çixradzenin komandadan getməli olduğunu deyib: "Mən bu il "Simurq"la oynadım və uddum. Komanda bir xətt üzərində qurulmamalıdı. Artıq Georgi Çixradze 3 ildi ki, ordadı. Hansı nəticələri qazanıb? "Bakı"da oynayan gənc oyunçuların istəyi "Simurq"dan daha artıq idi. Hələ "Bakı" əlavə qollar vura bilərdi. Mənə elə gəlir ki, "Simurq"da yeni nəfəsə ehtiyac var. Ya 5-6 futbolçu, ya da məşqçi getməlidi".

 

Qeyd edək ki, "Simurq" Premyer Liqanın I turunun təxirə salınmış "Bakı" ilə görüşündə minimal hesabla məğlub olub.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər