Böyükağa Hacıyev: "Çempionata 55 faiz hazırıq"

Böyükağa Hacıyev: "Çempionata 55 faiz hazırıq"
"İki gün öncə “Fənərbaxça” kimi komandaya qarşı oynamışıq. Həmin oyundan sonra beş futbolçuya istirahət verdim. Meydana əvəzedici heyətdən bəzi futbolçular çıxdı. Bu oyunçular özünü doğrultdular. Onlar perspektivli futboçlular və Azərbaycan futbolunun gələcəyidilər". Fanat.az xəbər verir ki, bu sözləri "Tobol"la oyundan sonra "Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyev deyib.
Baş məşqçi müdafiədə səhvələrin olduğunu bildirib: "4:2 hesabı hər şeyi deyir. Ancaq müdafiədə səhvlər xoşuma gəlmədi, bunları aradan qaldırmaq lazımdı. “Neftçi” indi 55% hazırdı. Üçüncü dövrənin başlanmasına kimi 75% olmalıdı. Çempionatın gedişində isə bu hədd 100 faizə çatacaq. Mən transferlər gərək olmayan komandanı tərifləmək istəmirəm. Sadəcə, bəzi futbolçuları kökləmək, ruh yüksəkliyi yaratmaq lazımdı".
Hacıyev komandanın həm çemion olacağını, həm də kuboku qazanacağını bildirib: "Neftçi” həm çempion olacaq, həm də ölkə kubokunu qazanacaq. Bundan başqa, ötən il Avropada buraxdığımız səhvləri bu il buraxmayacağıq".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər