"Komandada hər şey qaydasındadı. "Xəzər Lənkəran"a qarşı oyuna adi qaydada hazırlaşmışıq. Bu bizim üçün təqvimin bir oyunu olacaq". Fanat.az xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyev deyib.
Baş məşqçi bu qarşılaşmanın artıq "Böyük oyun" olmadığını bildirib: "Böyük oyun" 3-4 il əvvəl var idi, indi elə şey yoxdu. “Xəzər Lənkəran” turnir cədvəlinin 7-ci pilləsindədi, biz 2-ci pilləsindəyik. Biz meydana çıxıb sakit tərzdə öz oyunumuzu oynayacağıq. Kim güclüdüsə, qalib gəlsin.
Fanat.az