"Azarkeşlərdən üzr istəyirəm. Hamı bizdən qələbə gözləyirdi. Amma futbolda sürprizlər də olur. Nforun qırmızı vərəqə alması komandanı sındırdı. Kanales hesab 1:1 olanda qolu vursaydı, hər şey fərqli olacaqdı. Görünür, qismət deyilmiş. Heç oyuna şərh də vermək istəmirəm". Fanat.az xəbər verir ki, bu sözləri "Partizan"la oyundan sonra "Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyev deyib.
Baş məşqçi istefev vermək istəməyib: "İstefadan heç bir söhbət gedə bilməz. "Pley-off"a çıxmaq heç də pis nəticə deyil. Qrup mərhələsinə vəsiqə qazanmaq istəsək də, alınmadı, nə etmək olar.
Hacıyev "Belə oyunlarda həmişə komandanın liderləri ön planda olur. Amma siz bu cür liderləri dəyişdiz. Bunun səhv olduğunu düşünmürsüz" sualına belə cavab verib: "Siz Flavinyonun həmin Flavinyo olduğunu hiss etmirsiz. Mənim də səbrim bir yerə qədərdi. Braziliyalı belə oyunla özünü doğrultdu? Vobaya gəlincə, o, əvəzlənməsini özü istədi. Yorulduğunu bildirdi"
"Neftçi"nin baş məşqçisi heyəti gücləndirməyəcəklərini bildirib: "Premyer Liqa üçün hansısa gücləndirmə işləri aparılmayacaq. Azərbaycan çempionatı üçün kifayət qədər oyunçum var. Premyer Liqaya marağım təmiz "ölüb". Belə oyundan sonra çempionata köklənmək üçün mənə vaxt lazımdı".
Fanat.az