"Oyunun ağır keçəcəyini bilirdik. 3 gün öncə Avropa Liqasında “Partizan”la qarşılaşdıq və məğlub olduq. Bu tura qədər “Simurq”dan başqa bütün komandalar məğlub olmuşdu. “Simurq” oyuna yaxşı köklənmişdi". Fanata.az xəbər verir ki, bu sözləri "Simurq"la oyundan sonra "Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyev deyib.
"Partizan"la ilk oyundakı iki avtoqolla bağlı danışan Hacıyev zarafatla cavab verib: "Komandamız vaxtında qolları vurdu, sağ olsunlar. Belə bir vaxtda 3 xal qazandığımız üçün şükürlər olsun. Bu gündən istəyirəm hər bir futbolçumuzun yanına bir futbolçu da qoyum ki, öz qapımıza qol vurmasınlar. Cinahdan gələn ötürmələr üzərində çox çalışırıq. Müdafiəçilər topa ayaq atanda çox diqqətli olmalıdılar. Futbolda avtoqollar da olur".
Fanat.az