Topaz Premyer Liqasının XXVI turunun AZAL-la oyunu “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev üçün əlamətdar olub. Fanat.az xəbər verir ki, “ağ-qaralar” 2:1 hesabı ilə qalib gəlməklə 56 yaşlı mütəxəssisin rəhbərliyi altında 50-ci uğurunu əldə edib.
2011/12 mövsümünün startında Çempionlar Liqasındakı uğursuzluqdan sonra Arif Əsədovu əvəzləyən və 2 il sonra eyni yarışdakı məğlubiyyətdən sonra postunu tərk edən Hacıyev bu ilin əvvəlində yenidən komandanın sükanı arxasına keçib.
Hacıyevli “Neftçi”nin 50-ci qələbəsi 99-cu matçına təsadüf edib. Azərbaycan kubokunun 1/4 final mərhələsinin “İnter”lə cavab oyunu təcrübəli mütəxəssisin “ağ-qaralar”ın baş məşqçisi kimi 100-cü matçı olacaq.
| Mövsüm | Turnir | O | Q | H | M | T/F | X |
| 2011/12 | Premyer Liqa | 32 | 20 | 3 | 9 | 55-30 | 63 |
| 2011/12 | Azərbaycan kuboku | 6 | 3 | 2 | 1 | 5-4 | 11 |
| 2012/13 | Çempionlar Liqası | 4 | 1 | 2 | 1 | 7-8 | 5 |
| 2012/13 | Avropa Liqası (təsnifat) | 2 | 1 | 1 | 0 | 4-2 | 4 |
| 2012/13 | Avropa Liqası (əsas) | 6 | 0 | 3 | 3 | 4-8 | 3 |
| 2012/13 | Premyer Liqa | 32 | 19 | 5 | 8 | 59-32 | 62 |
| 2012/13 | Azərbaycan kuboku | 6 | 3 | 3 | 0 | 10-3 | 12 |
| 2013/14 | Çempionlar Liqası | 2 | 0 | 1 | 1 | 0-1 | 1 |
| 2013/14 | Premyer Liqa | 8 | 3 | 2 | 3 | 12-14 | 11 |
| 2013/14 | Azərbaycan kuboku | 1 | 0 | 1 | 0 | 1-1 | 1 |
| Cəmi: | Premyer Liqa | 72 | 42 | 10 | 20 | 126-76 | 136 |
| Cəmi: | Azərbaycan kuboku | 13 | 6 | 6 | 1 | 16-8 | 24 |
| Cəmi: | avrokubok | 14 | 2 | 7 | 5 | 15-19 | 13 |
| Ümumi: |
| 99 | 50 | 23 | 26 | 157-103 | 173 |
Fanat.az