“Buna gücümüz çatar”

“Buna gücümüz çatar”

“Birinci oyunda “Tvente”yə qol vura bilməsək də, hücum edən tərəf biz idik. Rəqib qapısına yol tapsaq daha yaxşı olardı. Amma 0:0 hesablı bərabərlik də pis nəticə deyil”. Bu sözləri Fanat.az-a açıqlamasında “Qarabağ”ın müdafiəçisi Maksim Medvedev deyib.

Medvedev rəqibə hörmətlə yanaşdıqlarını söyləyib: “Rəqibimiz 2009-cu ildən bəri çox dəyişib. İndi heyətlərində ulduz futbolçu yoxdu. Amma komanda şəklində güclüdülər. Belə kollektivlərə qarşı oynamaq həmişə çətindi. Öz meydanlarında daha inamlı görünəcəklərinə əminəm. Onlara hörmətlə yanaşmaq borcumuzdu”.

Hazırda Avroliqanın pley-off mərhələsi çərçivəsində “Tvente”ylə cavab matcına çıxmaq üçün Hollandiyada olan ağdamlıların arxa xətt oyunçusu ikinci görüşdə sərfəli nəticə qazanmaq üçün yaxşı şanslarının olduğunu vurğulayıb: “Bakıdakı oyunda stadionun ot örtüyünün pis vəziyyətdə olması da bizə çətinlik yaratdı. Çünki topa nəzarət edən, hücum quran tərəf üçün qazonun yaxşı durumda olması vacib amildi.  İstənilən halda, yaxşı şanslarımız var. Müsbət nəticə qazanmaq, qrupa düşmək istəyirik. Buna gücümüz çatar”.

Fanat.az

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər