2014-cü il dünya çempionatının startına iki aydan bir az artıq vaxt qalıb. Amma artıq bəzi ulduz futbolçuların Braziliyada olmayacağı dəqiqləşib. Hələlik bu siyahıda 9 futbolçu var. Amma mübarizənin davam etdiyi milli çempionatlarda mövsümün sonunadək başqa futbolçuların da zədələnməsi istisna deyil.
İlkay Gündoğan (Almaniya)
"Borussiya"nın (Dortmund) formasını geyinən futbolçu daha öncə "Bild" qəzetinə müsahibəsində dünya çempionatının startınadək zədəsini sağalda biləcəyini demişdi. Amma onun mundialadək sağalmayacağı bəlli olub. Almaniya millisinin Paraqvayla yoldaşlıq oyununda zədələnən türk əsilli ulduz ötən ilin avqustundan oynaya bilmir.
Kevin Strootman (Hollandiya)
"Roma"da çıxış edən Kevin Strootman "Napoli" matçında zədələnmişdi. Həkim müayinəsindən sonra onun dünya çempionatına gedə bilməyəcəyi müəyyənləşmişdi.
Jak Uilşere (İngiltərə)
"Arsenal"ın ulduzu Danimarka ilə yoxlama oyununda zədə alıb. 6 həftə yaşıl meydanlardan kənarda qalacaq və mayda meydanlara dönəcək oyunçunun dünya çempionatınadək bərpa prosesini tam şəkildə başa vurmayacağı gözlənilir.
Viktor Valdes (İspaniya)
"Barselona"nın "Selta" ilə oyununda dizindən ağır zədə alan Viktor Valdesin vəziyyəti pisdi. Qolkiper 6 ay yaşıl meydanlardan kənarda qalacaq.
Holger Badstuber (Almaniya)
Təxminən 1 ildi zədə səbəbindən oynaya bilməyən "Bavariya"nın müdafiəçisi Holger Badstuber dünya çempionatına da qatıla bilməyəcək.
Radamel Falkao (Kolumbiya)
Fransa Kubokunun oyununda dizindən zədə alan "Monako"nun ulduzunun yaşıl meydanlardan 5-6 ay zaq qalacağı açıqlanmışdı. Amma o, dünya çempionatına qatılacağına inanır. Futbolçunu əməliyyat edən portuqaliyalı həkim Jose Karlos Noronya kolumbiyalı ulduzun sürətlə sağaldığını bildirib. Həkim Falkaonun Braziliyada keçiriləcək mundiala qatılıb-qatıla bilməyəcəyi ilə bağlı suala "tunelin sonundakı işıq kiçik deyil" sözləri ilə cavab verib.
Sami Kedira (Almaniya)
İtaliyanın Almaniya ilə oynadığı yoldaşlıq oyununda zədələnən Sami Kediranın diz bağlarında yırtık aşkarlanmışdı. Bu zədə səbəbindən ulduz futbolçunun ən azı 6 ay yaşıl meydanlardan kənarda qalacağını açıqlanmışdı. Lotar Matteus isə Kedira yayadək sağalsa belə dünya çempionatında oynayacaq gücdə olmayacağını bildirib.
Teo Ualkott (İngiltərə)
Yanvarın 4-də Federasiya Kubokunda "Arsenal"ın "Tottenhem"ə qarşı keçirdiyi oyunda zədələnən Teo Ualkott da dünya çempionatından kənarda qalacaq. "Arsenal" oyunçunun 6 ay yaşıl meydanlardan kənarda qalacağını açıqlayıb.
Kristian Benteke (Belçika)
23 yaşlı Konqo əsilli forvard "Aston Villa"nın məşqində ağır zədə alıb. O, oynamayacağı 6 ayda "Aston Villa"nın matçıları ilə yanaşı, dünya çempionatını buraxacaq.
Fanat.az