Tofiq Bəhramov adına Respublika stadionuna yeni gətirilən və yerə döşənən ot örtüyündən çox bəh-bəhlə danışdılar. Hətta stadion rəhbərliyi və qazona cavabdeh olan şirkət yeni örtüyünün "Real" və "Barselona"nın stadionlarında olan qazonlarla eyni olduğunu iddia etdi.
Lakin indi sizə təqdim etdiyimiz və dünən çəkilən fotolara baxarkən yaranmış mənzərənin tam başqa olduğu üzə çıxır. "Real" və "Barselona"nın qazonları ilə müqayisə edilib 500 minə ölkəmizə gətirilən qazon indidən saralmağa və sıradan çıxmağa başlayıb.
rekord.az