"İki ildən artıqdı Azərbaycandayam. Bu müddətdə özümü çox xoşbəxt hesab etmişəm. Mən "Neftçi" üçün çox fəxr və fədakarlıqla oynamışam. Komanda və azarkeşlər üçün əlimdən gələni etmişəm. Biz birlikdə çempionluq qazanmış və tarix yazmışıq". Fanat.az xəbər verir ki, bu sözləri "Neftçi" ilə yollarını ayıran Bruno Bertuççi deyib.
Braziliyalı futbolçu çox darıxacağını bildirib: "Sizin üçün çox darıxacam, amma artıq öz ölkəmə, öz evimə qayıtmağın vaxtı çatıb. Mən “Neftçi”nin adını bundan sonra oynayacağım bütün klublara daşıyacağam. Azərbaycandakı insanlar mənim ürəyimdə həmişə qalacaqlar. İkinci ailəm olan komanda yoldaşlarım isə daim mənim dostlarım olaraq qalacaqlar. Öz adımdan və ailəmin adından klub prezidenti Sadıq Sadıqova “Neftçi” üçün etdiyi hər şeyə görə təşəkkürümü bildirirəm”.
Fanat.az