Bonuççi: "Qələbə seriyamızı davam etdirməliyik"

Bonuççi: "Qələbə seriyamızı davam etdirməliyik"

İtaliya millisinin müdafiəçisi Leonardo Bonuççi Avropa çempionatının seçmə mərhələsi çərçivəsində qarşılaşacaqları Azərbaycanla oyun haqda fikirlərini bölüşüb. Fanat.az xəbər verir ki, futbolçu qarşıdakı 2 oyunda maksimum xal hədəflədiklərini bildirib.

Bonuççi qrupun autsayderləri haqda belə danışıb: "İki qələbə qazanıb növbəti 6 xalımızı əldə etməliyik. Məşqçi hələ ki, heyəti açıqlamayıb, ancaq biz Avropa çempionatına yollanmaq istəyirik və bunun üçün növbəti 2 oyunda 6 xal qazanıb, qələbə seriyamızı davam etdirməliyik".

Qeyd edək ki, İtaliya - Azərbaycan matçı oktyabrın 1-da, Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər