Bomba partladı: Di Maria rəsmən...

Bomba partladı: Di Maria rəsmən...
Anxel Di Marianın yeni klubu rəsmən müəyyənləşib. Fanat.az xəbər verir ki, "Real"dan ayrılan argentinalı futbolçu "Mançester Yunayted"ə transfer olunub.
Bu barədə İngiltərə klubunun rəsmi saytı məlumat yayıb. "Mançester Yunayted" Di Maria ilə 5 illik müqavilə imzalayıb. "Qırmızı şeytanlar" bu transfer üçün "Real"a 59.7 milyon funtsterlinq ödəyəcək. Bu İngiltərə futbolunda bir futbolçu üçün ödənən ən yüksək məbləğ olacaq.
Di Maria klubun rəsmi saytına açıqlamasında bunları deyib: "İspaniyada gözəl günlər keçirdim və mənimlə bir çox klub maraqlanırdı. Amma sadəcə "Mançester Yunayted" üçün "Real"dan ayrıla bilərdim. Lui van Qaal fantastik bir məşqçidi, qazandığı uğurlarla bunu sübut edib. Bu formanı geyinmək üçün tələsirəm".
Lui van Qaal da argentinalının transferindən danışıb: "Di Maria dünya səviyyəli bir futbolçudu. Ən önəmlisi isə bir komanda oyunçusudu. Onun anadangəlmə istedadına heç kimin şübhəsi yoxdu. Çox sürətli oyunçudu və sol ayağından yaxşı istifadə edir".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər